Modern.az

Metroda gediş haqqı artırılır? – RƏSMİ AÇIQLAMA

Metroda gediş haqqı artırılır? – RƏSMİ AÇIQLAMA

Aktual

16 İyul 2016, 14:13

“Metroda gediş haqqının artırılması ilə bağlı yayılan məlumatlar doğru deyil”. Bunu Modern.az-a açıqlamasıda Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

 

Onun sözlərinə görə, belə dezinformasiya xarakterli məlumatları yayanlar özləri metrodan istifadə edərək, bunun həqiqətə uyğun olmadığının şahidi ola bilərlər.

 

 Metropoliten rəsmisi onu da qeyd edib ki, dünən bəzi mətbuat orqanlarında metroda gediş haqqının artırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

 “Bakı Metropoliteni gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib”- ,deyə N.Paşayev bildirib.

 

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı