Türkiyədə 2 mindən çox hakim işdən çıxarılıb.
Modern.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu qərar ölkədə hərbi çevrilişə cəhddən sonra alınıb.
Ali Məhkəmə-Hüquq Şurası 2 min 745 hakimin vəzifədən kənarlaşdırılması haqqında qərar qəbul edib. Şuranın özünün isə 5 üzvünün səlahiyyətlərinə xitam verilib.
Bundan başqa 5 hakim həbs edilib.
Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var.
Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.
Modern.az