Modern.az

Obama Türkiyəyə görə bağlı qapılar arxasında müzakirə aparacaq

Obama Türkiyəyə görə bağlı qapılar arxasında müzakirə aparacaq

Aktual

16 İyul 2016, 18:09

ABŞ prezidenti Barak Obama milli təhlükəsizlik üzrə müşavirləri ilə Türkiyədəki hərbi çevrilişə cəhdi müzakirə edəcək.

 

Modern.az saytının xarici KİV-ə istinadla xəbərinə görə, bu haqda Ağ Ev məlumat yayıb. Bildirilib ki, Obamaya Türkiyədəki vəziyyətlə bağlı yeni məlumatlar veriləcək.

Müzakirələr bağlı qapılar arxasında keçiriləcək. İclasın vaxtı açıqlanmayıb.

 

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub.

Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var.

 

Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.

Aqşin Kərimov

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı