Türkiyə hərbi hava qüvvələrinin komandanı Abidin Ünal keçirilən xüsusi əməliyyat nəticəsində azad edilib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Abidin Ünal və Türkiyə hərbi hava qüvvələrinin yüksək rütbəli şəxsləri ötən gün Əskişəhərdə toy mərasimində olublar. Toy davam edən vaxt qəfildən hərbi helikpoter havadan atəş açmağa başlayıb. Həmin vaxt əsgərlər helikopterdən düşərək A. Ünal və M. Şanver başda olmaqla bütün komandirləri girov götürüblər.
Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.
Modern.az