“Hərbi çevriliş cəhdində ittiham edilən və Yunanıstana qaçmış 8 hərbçi tezliklə Türkiyəyə təhvil veriləcək”. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Mövlud Çavuşoğlu daha sonra bildirib ki, Yunanıstanın xarici işlər naziri Nikos Koçiasla telefonla danışıb: "O, Yunanıstana qaçan 8 xainin tezliklə Türkiyəyə təhvil veriləcəyini söylədi".
Modern.az