Modern.az

Ordu generalı Erdal Öztürk həbs edilib

Ordu generalı Erdal Öztürk həbs edilib

Aktual

16 İyul 2016, 21:42

Türkiyə Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Erdal Öztürk həbs edilib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, ordu generalı Erdal Öztürk hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanılıb.

Həmçinin, Türkiyə Konstitusiya Məhkəməsinin üzvü Erdal Tercan da həbs edilib.

Qeyd edək ki, bundan öncə Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordu komandanı, ordu generalı Adəm Huduti həbs edilib.

Bundan başqa Türkiyə Konstitusiya Məhkəməsinin üzvü Alparslan Altan həbs edilib. Dövlət çevrilişi cəhdi edən keçmiş Hava qüvvələri komandanı, general Akın Öztürk, 2-ci Ordu komandanı Adem Huduti və Malatya qarnizon komandiri Avni Angun saxlanılıb. İğtişaşçılara rəhbərlik edən Fatih Kılınç isə ölü ələ keçirilib

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı