Modern.az

Türkiyədə dövlət çevrilişinə cəhd edənlər İncirlik hava bazasında tapıldı

Türkiyədə dövlət çevrilişinə cəhd edənlər İncirlik hava bazasında tapıldı

Aktual

16 İyul 2016, 22:10

Türkiyədə dövlət çevrilişinə cəhd edən bir neçə hərbçi həyata keçirilən əməliyyat zamanı İncirlik hava bazasında saxlanılıblar. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Nazirin sözlərinə görə, ABŞ hərbi hava qüvvələrinin və NATO ordusunun istifadə etdiyi baza öz işini dayandırmayıb.

Çavuşoğlu onu da qeyd edib ki, İncirlik bazasında əməliyyat başa çatandan sonra Türkiyə İraq-Şam İslam Dövləti terror qruplaşmasına qarşı mübarizədə ABŞ-ın rəhbərlik etdiyi koalisiyada iştirakını davam etdirəcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı