Modern.az

“Türkiyədəki dövlət çevrilişi cəhdinin arxasında ABŞ dayanır” - Nazir

“Türkiyədəki dövlət çevrilişi cəhdinin arxasında ABŞ dayanır” - Nazir

Aktual

16 İyul 2016, 22:24

ABŞ hakimiyyəti Türkiyədəki dövlət çevrilişinə cəhdin təşkilatçılığının arxasında durur. Modern.az xarici mediaya istinadən bildirir ki, bunu Türkiyənin əmək və sosial təminat naziri Süleyman Sölüz deyib.

İyulun 15-dən 16-na keçən gecə bir qrup hərbçi Türkiyədə dövlət çevrilişinə cəhd edib. Üsyançılar Ankara və İstanbulda bir sıra strateji obyektləri nəzarətə götürüblər, ancaq bir neçə saat sonra üsyan yatırılıb.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, bütün ölkə boyu 1563 üsyançı hərbçi saxlanılıb. Bundan əlavə, 5 general, 29 polkovnik, eləcə də 3 min hakim  istefaya göndərilib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı