Türkiyədə silahlı çevriliş cəhdində günahkar qismində ümumilikdə 34 general tutulub. Modern.az saytı xəbər verir ki, "Anadolu" agentliyinin yaydığı məlumata görə, Silahlı Qüvvələrin müxtəlif bölmələrində komandir heyətinə daxil olan generallar bunlardır: Ali Osman Gürcan, Salih Kırhan, Yunus Kotaman, İsmail Güneşer, Fatih Celaleddin Sağır, Namık Alper, Metin Akkaya, Mustafa Kurutmaz, Mehmet Akyürek, Ahmet Gündoğdu, Suat Murat Semiz, Dursun Pak, Recep Ünal, Murat Soysal, Memduh Hakbilen, Metin Alpcan, Nejat Atilla Demirhan, Hasan Polat, Bekir Ercan Van, Hidayet Arı, Halil İbrahim Yıldız, Tezcan Kızılelma, Mehmed Nuri Başol, Ekrem Çağlar, Mustafa Yılmaz, Bekir Koçak, Cemalettin Doğan, Adnan Arslan, Mehmet Şükrü Eken, Faruk Bal, Yavuz Ekrem Arslan, Arif Settar Afşar, Erdem Kargın, Mehmet Ozan.
22:38
Türkiyədə 2745 ədliyyə, inzibati hakim və prokurorun saxlanılması barədə sanksiya var. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğunun barəsində saxlanılma qərarı verdiyi hakim və prokurorlar “Fətullahçı terror təşkilatına” üzvlük və dəstək verməkdə ittiham olunurlar.
Qeyd edək ki, bu Türkiyənin Cümhuriyyət tarixindəki ən kütləvi saxlanılma qərarıdır.
Modern.az