Modern.az

Ərdoğan da Türkiyədə ölüm cəzasının tətbiqini istisna etmədi

Ərdoğan da Türkiyədə ölüm cəzasının tətbiqini istisna etmədi

Aktual

16 İyul 2016, 23:06

Türkiyədə ölüm cəzasının bərpa olunması məsələsinə baxıla bilər. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, artıq bununla bağlı fikirlər səslənməkdədir.  Artıq Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da buna münasibət bildirib.

Onun sözlərinə görə, xalqın tələbinin qiymətləndirilməsi hər bir demokratik ölkənin haqqıdır.

Qeyd edək ki, bundan öncə Türkiyənin Baş naziri Binali Yıldırım qiyamçılar barəsində ölüm hökmünün veriləcəyi istisna etməyib.

Onun sözlərinə görə, hakim partiya xalqın dövlət çevrilişinə qalxanlara ölüm hökmü verilməsi tələbinə anlaşıqlıqla yanaşır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı