Modern.az

“Mənim heç nədən xəbərim olmayıb” – Üsyan iştirakçısı çavuş

“Mənim heç nədən xəbərim olmayıb” – Üsyan iştirakçısı çavuş

Aktual

16 İyul 2016, 23:38

“Mənim heç nədən xəbərim olmayıb. Bizə dedilər ki, axşam təlim ola bilər. Təlim üçün həyəcan siqnalı verilə bilər dedilər. Ondan sonra olanları  biz hər zaman olduğu kimi sadəcə təlim hesab etdik. Biz hərbi ləvəzimatlarımızı aldıq”. Modern.az saytı xəbər verir ki, bunu Türkiyədə dövlət çevrilişinə cəhd edən adı açıqlanmayan baş çavuş həbs edildikdən sonra üsyançılar tərəfindən necə aldadıldıqlarını etiraf edərkən deyib.

Anspress-in məlumatına görə, o bildirib ki, silahları götütürdükdən sonra onlardan qabaq bir qrup şəhərə çıxıb.

“Biz də silahlarımızı yüklədik. Amma həmin vaxt ard-arda  bu sualları verirdik: Nə olub? Biz niyə silahlanırıq?  Daha sonra fikirləşdik ki, bizə xəbər verilmədən terror əməliyyatı başlayır. Bizə dedilər ki, gedirik. Mənim heç bir şeydən xəbərim yoxdur”,- deyə həbrçi bildirib.

Baş çavuş deyib ki, o, tankçıdır  və Boğaziçi  körpüsünün üzərinə gəldikdən sonra tankdan düşüb təslim olub. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı