Modern.az

Bakıda avtobus QƏZASI - 21 nəfər xəsarət alıb

Bakıda avtobus QƏZASI - 21 nəfər xəsarət alıb

Aktual

17 İyul 2016, 14:41

Bu gün Bakıda 171 saylı marşrut üzrə hərəkət edən avtobus qəzaya uğrayıb. Qəza Heydər Əliyev prospektində baş verib, sərnişin avtobusu yük avtomobili ilə toqquşub.

Modern.az xəbər verir ki, “Daewoo” markalı avtobusla “Shacman” markalı yük maşınının toqquşması nəticəsində 21 nəfər xəsarət alıb.

Qəza nəticəsində 21 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

Xəsarət alanların yerləşdirildiyi Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasından Trend-ə verilən məlumata görə, hazırda yaralılardan 7 nəfər xəstəxanadadır. Digərlərinin xəsarəti ağır olmadığına görə tibbi yardım göstərilərək evə buraxılıblar.

Qeyd olunub ki, hazırda 7 nəfərdən 5-i reanimasiyada həkim nəzarəti altındadır. Xəsarət alanların həyatı üçün təhlükə yoxdur. Xəsarətlər, əsasən, baş-beyin əzilməsi və sınıqlardır.



Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı