Türkiyədə baş verən hərbi çevrilişə cəhddən sonra həbs edilənlərlə bağlı son məlumatlar açıqlanıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, indiyədək 29 general, 2389 hərbçi və əsgər həbs edilib. Saxlanılanlar arasında prezident Ərdoğanın hərbi müşaviri də var. Qiyamçılardan 8 nəfər hərbi helikopterlə Yunanıstana qaçıb.
Eyni zamanda Ankara Baş Prokurorluğu 2745 nəfər hakim və prokurorun saxlanılması barədə sanksiya verib. Həbs olunanlar arasında Konstitusiya Məhkəməsinin iki üzvü də var.
Modern.az