“Türkiyədə hərbi çevrilişə cəhd zamanı əlini qaldırıb təslim olanlar Türkiyə Silahlı Qüvvələrinin əsgəri deyil”. Modern.az saytı xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun ANS TV-nin "Hesabat" verilişinə müsahibəsində bildirib.
"Sadəcə, Türkiyə Silahlı Qüvvələrinin içində ağlını itirmiş insanlar təslim oldu. Doğrudur, o tablo uniformada olan insanların ortaya qoyduğu bir tablodur. Amma bu, Silahlı Qüvvələrin təslim olması demək deyil",- deyə Alpur Coşkun vurğulayıb.
Türkiyə səfiri bu insanların əməllərinə görə Türkiyə Silahlı Qüvvələrinin gözdən salınmamalı olduğunu vurğulayıb: "Türkiyə Cumhuriyyəti bayaq sayılan təhlükələrlə üz-üzə olan dövlətdir. Bir də tarixi olaraq biz savaşçı bir xalqıq. Müstəqilliyimizə, namusumuza, torpağımıza sahib çıxmış bir millətik. Hər bir fədakarlığı etməklə bunu yerinə yetirənlər, təbii ki, Silahlı Qüvvlərimiz olub".
Modern.az