Modern.az

Narazı abituriyentlər üçün Apellyasiya komissiyası yaradıldı

Narazı abituriyentlər üçün Apellyasiya komissiyası yaradıldı

Aktual

18 İyul 2016, 10:38

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) iyulun 15-də I və IV ixtisas qrupları üzrə cari ilin məzunları üçün keçirdiyi qəbul imtahanında istifadə olunan test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.

 

TQDK-dan Modern.az-a verilən məlumata görə, Apellyasiya komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

 

Abituriyentlər Apellyasiya Komissiyasına bu gün saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...