Bu gün səhər Qazaxıstanın Almatı şəhərində silahlı insident olub.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxslər Almatı Daxili İşlər Şöbəsini atəşə tutublar. İlkin məlumata görə, atışma zamanı 2 polis, 1 mülki şəxs öldürülüb.
Hadisə ilə bağlı antiterror əməliyyatlarına başlanılıb. Atışmanın hələ də davam etdiyi bildirilir.
Modern.az