Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti qarşıdakı günlərdə gözlənilərn istilərlə bağlı xəbərdarlıq edib.
Nazirlikdən Modern.az-a verilən məlumata görə, iyulun 18-dən 22-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 33-38 dərəcə olacağı, bəzi ərazilərdə isə 41 dərəcəyədək yüksələcəyi gözlənilir.
İyulun 19-da Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və bəzi saatlarda havada yaranan durğunluq əksər əhali üçün çox əlverişsizdir. Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.
İyulun 23-dək Azərbaycanın rayonlarında isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-40 dərəcə, bəzi yerlərdə isə 43 dərəcə isti olacağı gözlənilir.
Modern.az