Türkiyənin mərkəz və əyalətlərində ümumilikdə 8 min 777 vəzifələnin işdən çıxarıldığını bəyan edib.
Modern.az saytı xəbər verir ki, bu haqda Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, vəzifəsindən kənarlaşdırılanlardan 30-u vali, 52-si mülki müfəttiş, 16-sı hüquq müşaviri, 1-i baş müdir, 2-si idarə rəisidir.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə hərbi çevrilişə cəhd edilib. Nəticədə 290 nəfər ölüb, 1400 nəfərdən çox adam isə yaralanıb.
Aqşin Kərimov