Modern.az

Türkiyənin Azərbaycandakı keçmiş səfiri yaralanıb

Türkiyənin Azərbaycandakı keçmiş səfiri yaralanıb

Aktual

18 İyul 2016, 14:18

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hüseyn Avni Qarslıoğlu da iyulun 15-də baş vermiş hərbi çevrilişə cəhd zamanı yaralanıb.

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

Keçmiş səfir Ankarada hərbi helikopterdən açılan atəş nəticəsində ayağından yara alıb.

Xəstəxanaya çatdırılan keçmiş səfir ilkin tibbi yardım göstərildikdən sonra evə göndərilib.

Qarslıoğlunun ayağındakı xəsarət o qədər də ciddi deyil və yeriyə bilir.

                          

Ağa AKİFOĞLU

 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı