Modern.az

Zərdabi mükafatı alan jurnalistlərin adları açıqlandı - SİYAHI

Zərdabi mükafatı alan jurnalistlərin adları açıqlandı - SİYAHI

Aktual

18 İyul 2016, 14:28

Azərbaycan Jurnalistlər Biriyinin (AJB) katibliyi yazlılı mətbuatda, teleradioda, eləcə də elektron

mediada peşəkar çıxışları ilə diqqət çəkən bir qrup jurnalisti 2016 - cı il üçün Həsən

bəy Zərdabi mükafatı ilə təltif edib.

AJB-dən Modern.az-a bildirilib ki, Həsən bəy Zərdabi mükafatı bu il aşağıdakı şəxslərə verilib:

 Ülkər Əliyeva
(sənətşünas, professor) mədəniyyət sahəsində elmi araşdırmalarına görə;

İrina Kalaşnikova (“Novosti Qyandji” qəzeti), region mətbuatının inkişafındakı 

xidmətlərinə görə;

Zöhrə Əsgərova (publisist) “Tarixi yaddaş və qondarma əhvalatlar” kitabına görə;

Sadiq Gözəlov (DİN Mətbuat xidməti) ictimaiyyət və mətbuatla əlaqələrin qurulmasındakı

fəaliyyətinə görə;
Ələsgər Məmmədli (hüquq müdafiəçisi) media hüququ sahəsində

araşdırmalarına və jurnalist hüquqlarının ardıcıl müdafiəsinə görə;
Rəşad Məmmədov (Şəki TV) region televiziyasının inkişafına verdiyi dəstəyə görə;
Xatirə Rəhimli (hərbi jurnalist) döyüş bölgələrindən hazırladığı  reportaj və məqalələrinə görə.

Mükafatçılar sırasında həmçinin, köşə yazıları ilə tanınan Zümrüd Yağmur (“Azadlıq” qəzeti),

tamaşaçıların ANS - in efirində izlədikləri “Beş barmaq” proqramının müəllifi və

aparıcısı Ülvira Qarayeva,estetik zövqün formalaşması və təbliğində fəallığı ilə seçilən

“Fashion Passage”jurnalınınredaktoru Nərminə Ağası, sosial - iqtisadi mövzuda silsilə

məqalələrin müəllifi olan “Xalq qəzeti”nin əməkdaşı Vaqif Bayramov, uğurlu radio layihəsinə

görə “Media FM” radiosunun təsisçisi Tural Əliyev də var.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...