Modern.az

9 illik təhsil bazasında kolleclərə ixtisas seçimi başa çatır

9 illik təhsil bazasında kolleclərə ixtisas seçimi başa çatır

Aktual

18 İyul 2016, 16:40

9 illik təhsil bazasında kolleclərə ixtisas seçimi başa çatır.

 

Bu barədə Modern.az-a Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından məlumat verilib.

 

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23:59-da başa çatır. 

 

Saat 15:30-a olan məlumata əsasən, 13577 nəfər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi” formasını doldurub və təsdiq edib. 104 abituriyent isə ixtisas seçimi etməsinə baxmayaraq, elektron ərizəsini təsdiq etməyib.

 

“Abituriyentin elektron ixtisas seçimi ərizəsi” forması yalnız təsdiq ediləndən sonra hüquqi əsasa malik olur. Müsabiqəyə yalnız qeyd olunan vaxtadək ərizəsində ixtisasları seçmiş və təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

 

 

Ağa AKİFOĞLU

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı