İyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd edilməsi hadisəsi hələ də dünya gündəminin baş mövzusudur.
Modern.az saytı “Hürriyet”ə istinadən xəbər verir ki, bu dəfə məxfi sənədlər yaymaqla məşhurlaşan “WikiLeaks” dövlət çevrilişinə cəhdlə bağlı xəbərdarlıqla çıxış edib.
“WikiLeaks” anons edib ki, Türkiyədəki son hadisələrlə bağlı gizli sənədlər yayımlayacaq.
Bildirilib ki, sənədlərin sayı 100 mini keçəcək.
Qeyd edək ki, Türkiyədə hərbi çevrilişə cəhd nəticəsində 290 nəfər ölüb, 1400 nəfərdən çox adam isə yaralanıb.
Aqşin KƏRİMOV