İyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd Qərb mediasında müzakirə olunmaqda davam edir.
Modern.az saytının məlumatına görə, nüfuzlu “Foreign Policy” jurnalında yayımlanan analizdə dövlət çevrilişinə cəhdin uğursuz olmasının səbəbi liderin öldürülməməsində görülüb.
Bildirilib ki, Türkiyədə tanklara, silahlara və hər cür vasitəyə malik olan hərbçilərin yaxşı strategiyaları olub.
Ancaq yaxşı nəticə üçün çevrilişinin bir nömrəli qanunu olan liderin nəzarətə alınması və ya öldürülməsinin lazım olduğu bildirilib.
Qeyd olunub ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam dövləti qurmaq istəyir.
Mirmahmud KAZIMOĞLU