Modern.az

Rusiya millisinə yeni baş məşqçi təyin olundu

Rusiya millisinə yeni baş məşqçi təyin olundu

Aktual

18 İyul 2016, 20:04

Rusiyanın əməkdar idman ustası, SSRİ və Rusiya milli komandalarının keçmiş oyunçusu Stanislav Çerçesov Rusiyanın futboil üzrə yığma komandasına baş məşqçi təyin olunub. Modern.az bildirir ki, bu haqda Rusiya Futbol İttifaqından məlumat verilib.

Rəsmi sənəd və müqavilə iyulun 23-də imzalanacaq. Bundan əvvəlki baş məşqçi Leonid Slutski Fransada keçirilən Avropa çempionatındakı uğursuz çıxışdan sonra istefa vermək qərarına gəlib.

İdman naziri, Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko sonradan bəyan edib ki, yeni məşqçi iyulun 30-dək təyin olunmalıdır. Bu vəzifəyə namizədlər arasında Çerçesovdan başqa Qurban Berdıe və Aleksandr Borodyukun da adları çəkilirdi.

Stanislav Çerçesov ötən ilin oktyabr ayından “Legiya” klubuna rəhbərlik edirdi. Komanda onun rəhbərliyi ilə ölkə çempionatını və Polşa Kubokunu qazanıb. Ancaq sonradan məlum olub ki, bu futbol klubunun rəhbərliyi baş məşqçi ilə qarşılıqlı razılaşma əsasında ayrıldığını elan edib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı