Modern.az

Bakıya içməli su gətirən magistral kəmərdə QƏZA

Bakıya içməli su gətirən magistral kəmərdə QƏZA

Aktual

19 İyul 2016, 10:42

Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində qəza baş verib. “Azərsu” ASC-dan Modern.az-a verilən məlumata görə, qəza aradan qaldırılana qədər Bakı şəhərinin Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu və Xətai rayonlarının 24 saat fasiləsiz su alan bəzi ərazilərində məhdudiyyətlər tətbiq olunacaq və abonentlərin su təchizatı fasiləli (qrafik) rejimə keçiriləcək.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı