Türkiyənin Trabzon vilayətinin Maçka rayonunda silahlı hücum nətricəsində 2 polis öldürülüb.
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, polis postunda çevik polis alayı əməkdaşlarına aid mikroavtobus naməlum şəxslər tərəfindən atəşə tutublar.
Silahı hücum nıticəsində 2 polis həlak olub, 4 polis və 1 mülki şəxs isə yaralanıb.
Əraziyə çoxlu polis, xüsusi təyinatlılar qüvvələr cəlb olunub və əməliyyat axtarış tədbirləri hazırda davam etdirilir.
Ağa AKİFOĞLU