Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı növbəti rəsmi açıqlama yayıb.
Modern.az saytı “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, rəsmi açıqlama 15 iyulda baş vermiş hərbi çevriliş cəhdi ilə bağlıdır.
Baş Qərargah hadisənin ordunun içərisindəki Fətullah Gülən tərəfdarları (FETÖ) tərəfindən törədildiyini bəyan edib. Bildirilib ki, FETÖ terror təşkilatının iyulun 15-də axşam saatlarında başlatdığı dövlət çevrilişi cəhdinin qarşısı iyulun 17-də günorta saatlarında tam alınıb.
Baş Qərargah bəyan edib ki, çevriliş cəhdi türk milləti və xalqına qarşı xainlikdir və onu törədənlər ən ağır şəkildə cəzalandırılacaqlar.
Modern.az