İyulun 15-də həyata keçirilən dövlət çevrilişi cəhdi zamanı öldürülən hərbçilərin cənazə namazları qılınmayacaq.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə Dini İşlər İdarəsindən edilən açıqlamada deyilir:
“Bu adamlar, girişdikləri hərəkətlər ilə təkcə insanların deyil, bütün millətin hüququnu ayaqlar altına alıblar. Ölkəmizin qanuni rəhbərliyinə qarşı çıxaraq millətimizin və dövlətimizin mənfəətini hədəf alan, TBMM başda olmaqla dövlət orqanları üzərinə bomba yağdıran və qəddarlıqla xalqa qarşı silah işlədən və bu zaman öldürülən çevrilişçilərə kəfənləmə və cənazə namazı qılınması kimi din xidmətləri verilməyəcək".
Açıqlamada "Ancaq zor və hədə ilə hadisəyə sürüklənmiş, heç bir şeydən xəbərsiz nə olduğunu bilmədən özünü münaqişələrin içində tapmış və həyatını itirmiş əsgərlərimizin kəfənləmə və cənazə namazı qılınmasına icazə veriləcək " ifadələrinə yer verilib.
Mirmahmud KAZIMOĞLU