"Jurnalist Pavel Şeremet partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olub".
Modern.az-ın Rusiya KİV-nə istinadən vediyi xəbərə görə, bu barədə Ukrayna baş prokuroru Yuri Lutsenko deyib.
Baş prokurorluq ilkin versiya kimi jurnalist Pavel Şeremetin ölümünə səbəb olan Kiyevin mərkəzində baş verən hadisəni qəsdən törədilmiş cinayət kimi qiymətləndirib.
Xatırladaq ki, tanınmış jurnalist Pavel Şeremet bu gün səhər Kiyevin mərkəzində avtomobilinin partlaması nəticəsində dünyasını dəyişib.
Partlayış Bakı vaxtı ilə 08:45-də telejurnalistin evdən uzaqlaşdıqdan bir qədər sonar törədilib.
Mərhum jurnalist son beş ildə Kiyevdə yaşayıb və "Ukrainskaya pravda" nəşrində və "Vesti" radiosunda aparıcı kimi çalışıb.
Pavel Şeremetin RusiyaNIN ORT telekanalında, sonradan isə "Birinci kanal"da da bir müddət işləyib.
Ağa AKİFOĞLU