Modern.az

Bu gün "Kəpəz" evdə, “Qarabağ” səfərdə oynayır

Bu gün "Kəpəz" evdə, “Qarabağ” səfərdə oynayır

Aktual

20 İyul 2016, 13:26

Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Modern.az xəbər verir ki, Azərbaycanın "Kəpəz" klubu Bakıdakı "Dalğa Arena" stadionunda Avstriyanın "Admira" klubu ilə qarşılaşacaq. Səfərdə rəqibinə 0:1 hesabı ilə uduzan “Kəpəz”in məğlubiyyətin əvəzini çıxmaq şansı böyükdür. Matç saat 20:00-da başlayacaq.

Qeyd edək ki, bu cütün qalibi III təsnifat mərhələsində Çexiyanın "Slovan" klubu ilə qarşılaşacaq.

***

Çempionlar Liqasında da II təsnifat mərhələsinin cavab oyunları davam edir. Azərbaycan çempionu "Qarabağ" bu gün Lüksemburqda "Düdelanj"ın qonağı olacaq. Bakıda rəqibinə 2:0 hesabı ilə qalib gələn "Qarabağ" növbəti mərhələyə çox yaxındır.
Bu oyun da saat 20:00-da başlayacaq.

Qeyd edək ki, bu cütün qalibi III təsnifat mərhələsində Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşacaq.

 Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı