Modern.az

Putinlə Ərdoğanın görüş yeri məlum oldu

Putinlə Ərdoğanın görüş yeri məlum oldu

Aktual

20 İyul 2016, 14:59

“Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan bu ilin avqust ayının ilk on günündə görüşəcəklər”.

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:

“Hazırda diplomatik kanallar vasitəsilə Putin və Ərdoğan arasında görüş təşkil etmək üçün hazırlıqlar gedir. Bu görüşün avqustun ilk ongünlüyündə Rusiya Federasiyasında olacağı ilə bağlı razılığa gəlmişik. Amma şəhər və dəqiq tarix hələ bilinmir”.

Peskov görüşün Bakıda keçiriləcəyi ilə bağlı xəbərləri təkzib edib və bildirib ki, prezidentlərin görüşü  Rusiya şəhərlərindən birində baş tutacaq.

 

Ağa AKİFOĞLU

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı