Modern.az

Türkiyədə “Tvitter”in sirli qəhrəmanının həbs xəbəri YAYILDI

Türkiyədə “Tvitter”in sirli qəhrəmanının həbs xəbəri YAYILDI

Aktual

20 İyul 2016, 16:19

 

“Milliyyet” qəzetinin yazarı Tolqa Şardan ötən gün Ankarada Baş Nazirlik binasında həyata keçirilən əməliyyatla bağlı məlumat yayıb.

 

Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, o, “Tvitter” fenomeni olaraq tanınan Fuat Avninin həbs olunduğunu bildirib. Jurnalistin sözlərinə görə, Fuat Avni və 9 nəfərlik qrup saxlanılıb. Onların hamısının kompüter mühəndisləri olduğu bildirilir.

 

Bildirilib ki, “Tvitter”də Fuat Avni adı ilə qeydiyyatdan keçən şəxs Baş Nazirlikdə ekspert kimi çalışan Akif Mustafa Koçyiğitdir.

Qeyd edək ki,  Fuat Avni bu vaxta qədər “tvitter”də gündəmi silkələyəcək açıqlamaları ilə yadda qalıb. Onun kimliyinə dair müxtəlif versiyalar səsləndirilsə də, şəxsiyyəti barədə dəqiq məlumat yox idi.

 

Türkiyədə iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra ölkə miqyasında kütləvi həbslər başlayıb, minlərlə insan isə işlədikləri vəzifələrdən çıxarılıb.

 

Aqşin Kərimov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı