Dubayda göydələn yanır.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, 75 mərtəbəli “Sulafa”nın qülləsi tüstü ilə əhatə olunub.
Yerli medianın xəbərinə görə, yanğın 35-ci mərtəbədə başlayıb. Hazırda yanğının söndürülməsi üçün iş gedir.
“Sulafa” 2010-cu ildə tikilib. Hündürlüyü 285 metrdir. Bu Dubayda hündürlüyünə görə 23-cü, dünyada 127-ci binadır.
Binada Türkiyənin göydələn və hava limanları tikintisi ilə məşğul olan TAV konqlomeratıyerləşir. Onun ən tanınmış layihəsi “Türkiyənin hava qapısı” – İstanbuldakı Atatürk hava limanıdır.
Modern.az