Modern.az

Azərbaycanda Türkiyə Silahlı Qüvvələrinə ayrılan yerlə bağlı protokol təsdiq edilib

Azərbaycanda Türkiyə Silahlı Qüvvələrinə ayrılan yerlə bağlı protokol təsdiq edilib

Aktual

20 İyul 2016, 20:51

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında protokolun təsdiq edilməsi barədə fərman imzalayıb. Modern.az saytı xəbər verir ki, fərmanda Azərbaycan Müdafiə Nazirliyinə  protokolun müddəalarını həyata keçirmək tapşırılıb.

Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında protokol 2016-cı il iyunun 3-də Bakı şəhərində imzalanıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı