Türkiyə Milli Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 626 təhsil müəssisəsi bağlanacaq. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bağlanan təhsil müəssisələrindən 524-ü özəl məktəbdir. Nazirlik həmin təhsil müəssisələrini ölkənin konstitusion quruluşuna qarşı çıxmaqda ittiham edir və qapadılmaları istiqamətində araşdırmalara başlayıb.
Qeyd edək ki, Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı təhsil sistemində çalışan 42 738 nəfər vəzifəsindən uzaqlaşdırılıb.
Qeyd edək ki, bundan əvvəl nazirliyin mərkəzi və əyalət təşkilatlarında çalışan 15 200 əməkdaşı, həmçinin özəl məktəblərdə dərs deyən 21 min müəllim vəzifəsindən kənarlaşdırılıb.
Modern.az