Oyunun 72-ci dəqiqəsində "Düdelanj"ın futbolçusu Momar Ndiaye hesabı açıb. Amma uzatma dəqiqələrində “Qarabağ”ın hücumçusu Reynaldo bərabərlik qolunu vura bilib. Beləliklə, iki oyunun nəticəsinə görə, “Qarabağ” 3:1 hesablı qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıb.
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ" rəqibi Çexiyanın "Viktoriya Plzen" komandası olacaq.
20:26
Lüksemburqda yerli «Düdelanj» və Ağdamın «Qarabağ» futbol klubları arasında UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşü keçirilir. Modern.az saytı xəbər verir ki, ilk oyunun nəticəsinə görə üstünlük “Qarabağ”ın tərəfindədir.
Qeyd edək ki, bir həftə əvvəl Bakıda keçirilmiş ilk oyun 2:0 hesabı ilə Azərbaycan komandasının xeyrinə başa çatıb.
Oyunu canlı olaraq saytımızdan izləyə bilərsiniz.
Modern.az