Yerevanda etiraz aksiyası iştirakçıları ilə polis arasında toqquşmalar başlayıb. Modern.az saytı virtualaz.org-a istinadən xəbər verir ki, polis mitinq iştirakçılarına qarşı səs və tüstü qumbaralarından istifadə edir. Küçələrdə atışma səsləri eşidilir, hazırda suvuran maşınların və xüsusi vasitələrin köməyi ilə mitinq dağıdılmaqdadır.
Asfalt üzərində qan izləri var, ola bilsin ki, nümayişçilərin dağıdılması məqsədilə polis odlu silahdan istifadə edib.
Modern.az