Türkiyədə hərbi çevrilişə cəhd zamanı Mərmərə otelinə əməliyyat təşkil edərək Prezident Rəcəb Tayyib Ərdoğanı öldürmək istəyənlərdən daha biri həbs edilib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bu Çiğli 2-ci Hərbi Baza Komandanlığının generalı Gökhan Şahin Sönməztaşdır. General Gökhan Şahin Sönməztaş FETÖ/PYD ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində azadlıqdan məhrum edilib.
Məlumata görə, Sönməztaş cəzasını İzmirdəki həbsxanada çəkəcək.
Modern.az