Modern.az

Türkiyə Fətullah Gülənlə bağlı ciddi sübutlar təqdim etməlidir – Con Kerri

Türkiyə Fətullah Gülənlə bağlı ciddi sübutlar təqdim etməlidir – Con Kerri

Aktual

21 İyul 2016, 00:06

Türkiyə “Hizmet” hərəkatının ideoloqu Fətullah Gülənin ekstradasiyasına nail olmaq istəyirsə, onun dövlət çevrilişində iştirakına dair ciddi sübutlar təqdim etməlidir. Modern.az xarici mediaya istinadən bildirir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib.

 

Onun sözlərinə görə, türkiyəli bəzi həmkarları ilə söhbətdə o açıq şəkildə deyib ki, Gülənin ekstradasiyası üçün əsassız iddialar yetərli olmayacaq: “Cənab Gülənə hörmət edərək biz həmişə Türkiyədəki dostlarımıza və müttəfiqimizə demişik ki, bizə sübut lazımdır”.

 

Kerri qeyd edib ki, ekstradasiya ilə bağlı Ankaranın yolladığı rəsmi sorğunu hələ görməyib və ABŞ-ın rəsmi şəxsləri onun tələb olunan formada olduğunu deyə bilməzlər. O bir daha təkrar edib ki, ABŞ üçün sübut vacibdir, iddia yox: “Bizə sübut təqdim edin!”

 

 

Kerrinin sözlərinə görə, ABŞ Türkiyədəki proseslərin inkişafını izləyir və bir daha Vaşinqtonun seçilmiş hakimiyyəti dəstəklədiyini təsdiqləyib: “Biz demokratik hakimiyyəti dəstəkləyirik, biz çevriliş cəhdini qınayırıq. Biz əmin olmaq istəyirik ki, çevrilişə cavab demokratiyaya hörmət əsasında olacaq”.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...