Modern.az

Xəzərdən daha bir meyit ÇIXARILDI

Xəzərdən daha bir meyit ÇIXARILDI

Aktual

21 İyul 2016, 10:51

Dünən dənizdə batmış gəncin meyiti tapılıb.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, iyulun 20-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km aralı və 50 metr dənizin içərisində, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Bu gün 1989-cü il təvəllüdlü Şahverdiyev Cavid Nəbi oğlunun cəsədi tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Əməliyyat saat 08:16-da başa çatıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!