Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunanlar bu gündən iyulun 29-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək.
Onlar qəbul olunanlar siyahısından xaric ediləcək.
Ağa AKİFOĞLU