Modern.az

Abdulla Gül Ərdoğanla görüşəcək  

Abdulla Gül Ərdoğanla görüşəcək  

Aktual

21 İyul 2016, 12:27

Bu gün Türkiyənin 11-ci prezidenti Abdullah Güllə ölkənin baş naziri Binəli Yıldırımın görüşü baş tutacaq.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Görüşün Bakı vaxtı ilə saat 14:00-da baş tutacağı gözlənilir.

 

Abdullah Gül Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahraman və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hülusi Akarla da görüşəcək.

 

Eks-prezident Bakı vaxtı ilə saat 18:00-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul ediləcək.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...