Modern.az

Qızını öldürməkdə şübhəli bilinən ata TUTULDU

Qızını öldürməkdə şübhəli bilinən ata TUTULDU

Aktual

21 İyul 2016, 12:55

Ağdam rayon sakini Aygün Cabbarovanı qətlə yetirməkdə şübhəli bilinən atası Nəsib Cabbarov tutulub.

 

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyulun 20-də Xırdalan şəhərində yaşayan Zəhra Əliyarovanın evindən qardaşının qızı, Ağdam rayon sakini Aygün Cabbarova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

 

Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən A.Cabbarovanın atası Nəsib Cabbarov tutulub.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...