Kreml Rusiyanın Türkiyəni dövlət çevrilişi barədə xəbərdar etməsi məsələsinə münasibət bildirib.
Modern.az-ın xəbərinə görə, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov KİV-də Rusiyanın Türkiyəni dövlət çevrilişi barədə xəbərdar etməsi haqqında yayılan xəbərlərə aydınlıq gətirib.
Peskov belə bir məlumatın olmadığını və yayılan xəbərlərin tamamilə yalan olduğunu açıqlayıb:
"Belə xəbərləri yayan agentliyin hansı mənbələrə istinad etdiyini bilmirəm”
Xatırladaq ki, İranın "Fars" agentliyi Rusiyanın dövlət çevrilişi barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana xəbərdarlıq etdiyini iddia edib.
Ağa AKİFOĞLU