Modern.az

MDB məkanının ən nüfuzlu “qanuni oğru”suna qarşı cinayət işi açıldı

MDB məkanının ən nüfuzlu “qanuni oğru”suna qarşı cinayət işi açıldı

Aktual

21 İyul 2016, 15:25

Kriminal aləmdə “Şakro Molodoy” adı ilə tanınan Zaxari Kalaşova qarşı cinayət işi açılıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, kriminal liderə qarşı Rusiya Cinayət Məcəlləsinin 210-cu maddəsi ilə “mütəşəkkil cinayətkar dəstə yaratmaq” iş açılıb.

 

“Şakro Molodoy” iyulun 12-də öz evində saxlanmışdı. O, Moskvadakı kafe sahiblərindən birindən 8 milyon rubl pul tələb etməklə bağlı gözaltına alınmışdı.

 

“Şakro Molodoy” 1953-cü il martın 20-də Tbilisidə yezdi kürdlərinin ailəsində doğulub. O, Rusiya və MDB məkanını ən nüfuzlu “qanuni oğru”su hesab edilir və sui-qəsd qurbanı “Ded Xasan”ın varisi sayılır.

 

Əsl adı Zaxari Kalaşov olan avtoritet 3 dəfə Rusiyada, 4 dəfə Gürcüstanda və 1 dəfə Birləşmiş Ərəb Əmirliklərində real və şərti həbs cəzaları alıb.

 

O, sonuncu dəfə, 9 il həbs cəzası çəkdiyi İspaniyadan Rusiyadan ekstradisiya olunub.

 

Vüqar İSMAYILOV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı