Modern.az

Bakıda sərnişin avtobusu qəzaya uğradı - 2 ölü

 Bakıda sərnişin avtobusu qəzaya uğradı - 2 ölü

Aktual

21 İyul 2016, 15:45

Bu gün günorta saatlarında Bakıda - Qala yolunda mikroavtobus “Jiquli” markalı avtobusla toqquşub.

 

Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə yerinə təcili-tibbi yardım briqadası çağırılıb.

Qəza nəticəsində xəsarət alan 6 nəfər briqada tərəfindən Bakı Şəhər 3 saylı Klinik Xəstəxanaya gətirilib. Onlardan biri elə xəstəxanaya gətirilən kimi, biri isə əməliyyata başlayan zaman dünyasını dəyişib.

 

Qalan 4 şəxs isə hazırda xəstəxanada müalicə olunurlar, vəziyyətləri orta ağırdır.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı