Modern.az

5 yaşına qədər uşaqlara Batumiyə gediş pulsuzdur - AÇIQLAMA

5 yaşına qədər uşaqlara Batumiyə gediş pulsuzdur - AÇIQLAMA

Aktual

25 İyul 2016, 15:20

 

Bu gündən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3 və 5-ci günləri Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayıb.

 

Bu haqda Modern.az saytına məlumat verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəsmisi Şəfa Mehmanqızı bildirib ki, avtobus Bakı vaxtı ilə saat 18:00-da yola düşəcək:

 

“Avtobusun Batumi şəhərinə çatma vaxtı növbəti gün saat 9:00-da baş tutacaq”.

 

Ş.Mehmanqızı qeyd edib ki, 5 yaşına qədər uşaqlar üçün gediş pulsuzdur:

 

“Batumiyə bilet 1 nəfər üçün 35 manatdır. 5 yaşına qədər uşaqlar üçün pulsuz, 5-10 yaş arası uşaqlar üçün 50 faiz endirimlədir.

 

10 yaşdan yuxarı uşaqlar üçün isə tam biletdir. Bu bütün beynəlxalq reyslər üçün keçərlidir”.

 

Gülşən RAUFQIZI

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı