Modern.az

Maliyyə naziri postuna yeni təyinat  

Maliyyə naziri postuna yeni təyinat   

Aktual

30 Noyabr 2018, 21:38

Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini - maliyyə naziri təyin edilib. Modern.az “Report”a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 30-da bununla bağlı fərman imzalayıb.

 

Qeyd edək ki, S.Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsində çalışırdı. Bu fərmandan sonra isə həm də Baş nazirin müavini vəzifəsini icra edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?