Modern.az

Şəkidə minik maşını traktorla toqquşdu

Şəkidə minik maşını traktorla toqquşdu

Aktual

30 Noyabr 2018, 22:11

Şəki rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Modern.az “Report”a istinadən xəbər verir ki, axşam saatlarında rayonun Qayabaşı kəndi ərazisində minik avtomobili ilə hərəkətdə olan 1969-cu il təvəllüdlü yerli sakin İsmayılov Nəriman Səfər oğlu maşını yol kənarındakı maneəyə vurub.

 

Qəzadan sonra N.İsmayılov Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibb müəssisəsindən “Report”a bildirilib ki, yaralıya döş qəfəsinin qapalı küt travması diaqnozu qoyulub. N.İsmayılovun müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Bundan əvvəl Şəkidə minik maşınının traktorla toqquşması nəticəsində bir ailənin üç üzvü xəsarət alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı