Modern.az

Çində yanğın: 8 ölü, 3 yaralı

Çində yanğın: 8 ölü, 3 yaralı

Aktual

2 Dekabr 2018, 11:04

Çində güclü yanğın hadisəsi olub.

 

Modern.az "Report"-a istinadən xəbər verir ki, hadisə ölkənin cənub-qərbindəki Yunnan vilayətinin Kunmin şəhərində baş verib.

Hadisə zamanı 8 nəfər həlak olub, daha 3 nəfər isə yaralanıb. Polis bildirib ki, üç nəfər yanan binada alovdan xilas olmaq üçün hündürlükdən atılarkən aldıqları xəsarətlərdən ölüb. 

Yaralılara ilk tibbi yardım göstərilib və onların hamısı xəstəxanaya yerləşdirilib. Hadisə yerində polis və xilasedicilər işləyir. 

Hadisənin başvermə şəraiti müəyyənləşdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı